Səyahətin rahat və təhlükəsiz olması üçün nə etməli
1
4
5
6
7
8
9
3
2
Təhlükəsizlik hər şeydən üstündür
Hörmət
Komfortlu səyahət
Qadağan edilmiş maddələr
Diskriminasiya
Bir insan — bir hesab
Uşaqlar ilə səyahət
Heyvanlar ilə səyahət
Səyahətə qiymət verin
Hər səfərdə, hətta qısa olsa belə, kəməri bağlayın.

Sürücünü yola baxmaqdan yayındırmayın. Arxa oturacaqda sürücüdən diaqonal olaraq oturun, beləliklə o, sizinlə danışmaq üçün arxaya çevrilməyəcək.
Lütfən sürücüyə, onun şəxsi sərhədlərinə və avtomobilinə hörmətlə yanaşın.

Sürücüyə salam verməyi, əşyalarınıza kömək və səyahət üçün təşəkkür etməyi unutmayın. Belə xırdalıqlar səyahəti hamı üçün daha xoş edir.

Şəxsi suallar verməyin, əlaqə məlumatlarınızı bölüşməyin və sürücüdən bunu xahiş etməyin, fiziki təmasdan çəkinin.
Lazım olduqda sürücüdən musiqini dəyişməsini, pəncərəni bağlamasını və ya salonun temperaturunu dəyişməsini nəzakətlə xahiş edin. Unutmayın, hər kəsə rahatlıq lazımdır.

Salonda siqaret çəkməyin. Yemək və içkilər də asanlıqla ləkələr və ya xoşagəlməz qoxular qoya bilər. Əgər maşını çirkləndirdinizsə, lütfən özünüzdən sonra onu təmizləyin və ya kimyəvi təmizləmə xərcini ödəyin.

Səfər zamanı telefonla yüksək səslə şəxsi söhbətlər aparmasanız daha yaxşı olar.
Servisdən istifadə edərkən spirtli içkilərdən (açıq qablarda) və narkotik vasitələrdən istifadə etməyin və daşımayın.
Biz hər növ diskriminasiyaya (ayrı-seçkiliyə) qarşı çıxırıq. Lütfən bir-birinizə hörmət və anlayışla yanaşın.
Hesabınızı başqaları ilə paylaşmayın. Belə olduğu halda siz yalnız öz hərəkətlərinizə və səfərlərinizə görə məsuliyyət daşıyacaqsınız, sürücünün isə sizi tanıması daha asan olacaq.
18 yaşına çatmamış sərnişinlər yalnız böyüklərin müşayiəti ilə inDrive-də səyahət edə bilərlər.
Əgər siz uşaqla yola çıxırsınızsa, uşaq kreslosuna ehtiyacınız olduğunu əvvəlcədən bildirin.
Ev heyvanı ilə səyahət edirsinizsə, sürücüyə əvvəlcədən xəbər verin. Oturacağı çirkləndirməmək üçün daşıyıcı və ya döşəkçə haqqında fikirləşin.
Səfər xoşunuza gəldi? Minnətdarlıq əlaməti olaraq sürücüyə yaxşı qiymət verin. Qiymətlər reytinqə təsir edir və servisin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.

Səyahətlə bağlı hər hansı iradınız varsa, inDrive dəstəyinə yazın. Mübahisələrin qarşısını almaq üçün çalışın ki, yolda sürücünü tənqid etməyəsiniz.

Dəstək xidməti ilə support@indrive.com poçtu vasitəsilə və ya: yan menyu ➡ «Təhlükəsizlik» ➡ «Dəstəyə yazmaq» tətbiqi vasitəsilə əlaqə saxlaya bilərsiniz.
Gözəl səyahətlər!
Hello! This page contains information for your mobile application
The inDrive online passenger transportation aggregator is not a taxi service and is not involved in the relationship of Users. All requests are created, sent and performed by users independently.
© SUOL INNOVATIONS LTD, 2013-2023