Sərnişinlər üçün xatırlatma
1
3
2
Səfərdən əvvəl
Səfər zamanı
Səyahətdən sonra
Giriş qapısının nömrəsini və ya dəqiq mindirmə yerini göstərin (“mərkəzi giriş” və s.). "Sifariş et" düyməsini basmazdan əvvəl ünvanları yoxlayın.

3 nəfərdən çox adam gedəcəksə qeydlərdə göstərin.

Böyük baqaj və ya ev heyvanı aparırsınızsa sürücüyə xəbərdarlıq edin.

Əgər getmək barədə fikriniz dəyişibsə, sürücüyə xəbərdarlıq edin və sifarişi ləğv edin.

Avtomobilə minməzdən əvvəl tətbiqdə sürücünün şəklini, avtomobilin markasını, modelini və nömrəsini yoxlayın. Əgər məlumat uyğun gəlmirsə, səfəri ləğv edin.
Kəmərləri bağlamağı unutmayın.

Marşrutu dəyişdirmək istəyirsinizsə, bunu sürücüyə əvvəlcədən bildirin. Bu zaman səfərin qiyməti dəyişə bilər.

Yolda siqaret çəkmək qadağandır və yaxşısı budur heç nə yeməyin və sudan başqa bir şey içməyin. Lütfən maşına səliqə ilə yanaşın.

Polislə və ya təcili yardım ilə əlaqə saxlamaq üçün əsas ekrandakı lövhənin işarəsinə basın.

Marşrutu və səyahət məlumatını yaxınlarınızla bölüşmək üçün həmin düymədən istifadə edin.
Əşyalarınızı maşında unutdunuz? support@indrive.com poçtu və ya tətbiqdə çat vasitəsilə dəstək xidmətinə yazın.

Səfəri qiymətləndirməyi unutmayın. Rəyləriniz servisdə nəyi dəyişmək və ya təkmilləşdirmək lazım olduğunu başa düşməyə bizə kömək edir.

Əgər sürücüyə bir ulduz qoyub «Göstərməmək» düyməsini bassanız, o, artıq sifarişlərinizi görməyəcək.
Gözəl səyahətlər!
Hello! This page contains information for your mobile application
The inDrive online passenger transportation aggregator is not a taxi service and is not involved in the relationship of Users. All requests are created, sent and performed by users independently.
© SUOL INNOVATIONS LTD, 2013-2023